• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mehriban Əliyeva Bolqarıstanın Baş naziri ilə görüşüb

  • Nida.az
  • 20 Fevral 2014 15:38
  • 1 931 Baxış
Mehriban Əliyeva Bolqarıstanın Baş naziri ilə görüşüb

Fevralın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR