Razi Nurullayev siyasi hərəkat yaradır
Bizi izləyin

Nida.az

Razi Nurullayev siyasi hərəkat yaradır

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev siyasi hərəkat yaradır.


Bu barədə Publika.az-a açıqlamasında R. Nurullayevin özü məlumat verib.

Onun sözlərinə görə, hazırda məsləhətləşmələr davam edir və yaxın vaxtlarda hərəkatın adı açıqlanacaq.


“Hazırda bu istiqamətdə iş gedir. Bu hərəkatda yeni insanların olmasını istəyirəm. Təbii ki, bir siyasi təşkilatdan digərinə keçənləri məqbul qarşılayıram. Amma təkcə bu insanlarla nəsə dəyişiklik etməyin mümkünlüyünə inanmıram. Ona görə də siyasətə yeni simalar, yeni nəfəs gətirmək istəyirəm. Ətrafımızda gənclər də var, eyni zamanda, kifayət qədər bizi dəstəkləyənlər mövcuddur. Daha sonra sadə insanları burda görmək istəyirəm”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm