Senatın fəxri prezidenti: “Azərbaycanın qadın haqları müsəlman ölkələrinə əsl örnəkdir”
Bizi izləyin

Nida.az

Senatın fəxri prezidenti: “Azərbaycanın qadın haqları müsəlman ölkələrinə əsl örnəkdir”

Millət vəkili Qənirə Paşayeva Belçika Senatının fəxri prezidenti Anne Marie Lizinlə görüşüb. Publika.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi məcburi köçkün qadınlarla bağlı müzakirə aparılıb.

Q.Paşayeva 20 ildən artıqdır 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bugünkü vəziyyət barədə danışıb və ətraflı fikir mübadiləsi aparılıb. Millət vəkili Anne Marie Lizinin bir neçə dəfə Azərbaycanda olması, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı açıq şəkildə dünyaya göstərən Qubadakı kütləvi məzarlığa baş çəkməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınlarla bağlı çıxışlarını xatırladıb.

Q.Paşayeva bildirib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımları insanlıq əleyhinə törədilmiş ən böyük cinayətlərdən biridir və beynəlxalq ictimaiyyətin bu məsələyə öz münasibətini bildirməsi vacibdir və bu istiqamətdə ədalətin yanında olan dostların fəallığına və səylərini daha da artırmalarına böyük ehtiyac var. Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolu ilə bağlı da fikir mübadiləsi Anne Marie Lizin Azərbaycanın qadın haqları ilə bağlı bir çox bölgə ölkələri və müsəlman ölkələrinə əsl örnək olduğunu deyib.O, Azərbaycanda bu istiqamətdəki müsbət vəziyyətin Avropaya daha geniş çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. Azərbaycanda qadın haqları ilə bağlı, qaçqın və məcburi köçkün qadınlarla bağlı məsələləri beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması istiqamətində Azərbaycanla əməkdaşlığın bundan sonra daha da sıxlaşacağını deyən Anne Marie Lizin Azərbaycanı bu məsələlərlə bağlı daha doğru şəkildə tanıtmaq istiqamətində daha çox layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Belçika Senatının fəxri prezidenti Anne Marie Lizinə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edib və onu yenidən ölkəmizdə görməkdən məmnun olacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm