Moldovalı Ombudsman: "Erməni soyqırımı olmayıb!”
Bizi izləyin

Nida.az

Moldovalı Ombudsman: "Erməni soyqırımı olmayıb!”

“Türkiyədə arxivlər açıldıqdan sonra məlum oldu ki, ermənilərin iddia etdiyi soyqırımı olmayıb”.

Bu fikirləri “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda keçirilən beynəlxalq konfransda Moldova Ombudsmanı Aurelia Qriqori deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi də bu saxta soyqırımı hər vəchlə dünyanın diqqətinə çatdırmağa çalışır: “Ermənilərin də bu qondarma soyqırım nəticəsində guya əziyyət çəkdiklərini deyirlər”.

Soyqırım aktlarına hüquqi aspektdən qiymət verən moldovalı ombudsman deyib ki, Xocalıda baş verən soyqırımda iştirak edən ermənilər məlumdur: “Bunu mən öz araşdırmalarıma əsasən deyirəm. Onların cəzasız qalmaması üçün hüquqi addımlar atılmalıdır. Çünki tarix səhvi bağışlamır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm