Nida.az
Adil Qeybulla: “Vurğun Əyyub fərd olaraq bütün Müsavatdan güclüdür”
“Deputatlığa namizədliyimi verib-verməməklə bağlı qəti qərar verməmişəm. Lakin Müsavat Partiyası adından namizəd olmaq istəmədiyim qətidir. Məclisin namizədlərlə bağlı çıxardığı təlimat bu fikrimi daha da gücləndirdi”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatının İdarə Heyətinin üzvü Adil Qeybulla deyib.
Onun sözlərinə görə, seçkidə ya fərdi, ya da hansısa blokun tərkib
hissəsində iştirak edə bilər.
“Namizədlərlə bağlı təlimat sənədi təkcə Müsavat Nizamnaməsinə
deyil, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, insan
haqları barədə fundamental azadlıqlara ziddir. Bununla Müsavat
rəhbərliyi legitimliyini kimlərəsə tanıtdırmaq istəyir. Amma bu,
avtoritar və partiyaya nüfuz gətirməyəcək bir addımdır”, - deyə ADR
funksioneri qeyd edib.
A. Qeybulla Müsavatın Vurğun Əyyubun namizədliyinə qarşı çıxmasına
da toxunub: “Vurğun Əyyubun öz şəxsi resursları partiyadan çoxdur.
Məclis onun namizədliyini qəbul etməsə belə, Vurğun bəy öz
resurslarından istifadə edib seçkilərdə iştirak edəcək”.
Asif Nərimanlı
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO