Nida.az
Adil Əliyev: “Ermənistanın Azərbaycan ordusu qarşısında dayanması mümkün deyil”
“Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında dayanması mümkünsüzdür. İşğalçı ölkə reallıqla barışmalıdır”.
Bunu Publika.az-a açıqlamasına Milli Məclisin
Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Adil
Əliyev ABŞ-ın “Harvey & Company” şirkətinin analitiki Cek
Malkeyrin “The National İnterest” jurnalında Azərbaycanla
Ermənistan arasında “yaxınlaşan müharibə” haqda yayımlanan məqaləyə
münasibət bildirərkən qeyd edib.
Millət vəkili məqalədə Ermənistanın düşdüyü vəziyyətin yaxşı təhlil
olunduğunu bildirib: “Onsuz da dünyanın əksər hərbi-siyasi
analitikləri Azərbaycan ordusu haqqında obyektiv hesabatlar
yayırlar. Hazırda Ermənistan taqətsiz bir vəziyyətdədir və yaxın
zamanlarda da vəziyyətdən çıxması real görünmür. Ölkədə psixoloji
gərginlik hökm sürür. Həmçinin Ermənistanın sosial-iqtisadi və
siyasi vəziyyəti onun bütün imkanlarını gerçəkliyi ilə ortaya
qoyur”.
Millət vəkili Azərbaycanın qısa zaman ərzində torpaqlarını işğaldan
azad etmək gücünə malik olduğunu vurğulayıb.
“Ən müasir silahlarla ordumuz gücləndirilir. Üstəlik, regionda
vəziyyət dəyişir. Azərbaycan beynəlxalq arenada üstünlüklər
qazanır. Ermənistanın işğalçılıq siyasəti ölkə rəhbərliyi
tərəfindən sərt tənqid olunur. Münbit şərait yaranan kimi
torpaqlarımız işğaldan azad ediləcək”, - deyə millət vəkili əlavə
edib.
Asif Nərimanlı
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub