General: “Onların siması Kim Kardaşyandır”
Bizi izləyin

Nida.az

General: “Onların siması Kim Kardaşyandır”

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov ermənilərin qondarma “soyqırım” iddialarının 100-cü ildönümünə hazırlaşmasına münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, ermənilərin qondarma “soyqırımla” bağlı iddialarını tarixçilər araşdırmalıdır. Onun sözlərinə görə, tarixən ermənilər yaşadığı dövlətə arxadan zərbə vurublar: “Vaxtilə baş vermiş rus-türk və ingilis-türk müharibələrində də erməni dəstələri düşmən tərəfində döyüşüblər. Tarixdə də var ki, erməni drujinaları fəaliyyət göstərib ki, onların hər birində 30-50 min adam olub. Həmin vaxtı erməni dəstələrindən ibarət olan rus qoşunları türklərə qarşı müharibə aparıbsa və burada düşmən öldürülübsə, o zaman insan itkiləri soyqırıma məruz qalan əhali kimi göstərilməməlidir. Əgər belə məntiqlə yanaşsaq, o zaman İkinci Dünya müharibəsi zamanı alman-sovet qoşunları arasında baş vermiş insan itkiləri genosid kimi qəbul edilməlidir. O zaman belə çıxır ki, almanlar ruslara soyqırımı törədiblər? İndi də Ermənistan hakimiyyəti müharibədə türklərə qarşı vuruşub öldürülən erməni quldurlarını dünyaya soyqırımı kimi təqdim etməyə çalışır. Bütün bunlar isə yolverilməzdir”.

Ə.Hüseynov "türkün türkdən başqa dostu yoxdur" ifadəsini xatırladıb: “Bütün türklər bir-birinə arxa-dayaq və qardaş olmalıdır, bir-birinin ətrafında sıx birləşməlidir”.

Deputat erməni əsilli porno ulduz Kim Kardaşyanın İrəvanda Ermənistan baş naziri Hovik Abrahamyan tərəfindən prezident kimi qarşılanması məsələsinə də toxunub: “Əgər ermənilərin bu cür yaxınları və qohumları varsa, onlara buna görə qiymət vermək lazımdır. Bu günləri Ermənistanın Azərbaycana qarşı müharibəsini Kim Kardaşyan kimi porno ulduz həll edirsə, görün ermənilər nə gündədir. Bu, onların simasıdır. Mənim ermənilərə cavabım budur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm