Nida.az
İlham Əliyev: "Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq”
"Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq. Onları bütün beynəlxalq və regional layihələrdən təcrid etmişik".
Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Prezident
İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclasında giriş nitqində
deyib.
Prezident deyib ki, Ermənistanın rəsmi statistik məlumatlarına
görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır:
“Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına
görə, hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma bizdə
olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100
minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında yaradılan
Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi
qalmayacaq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmiyyəti, xüsusilə gənc
nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində
qurulduğunu heç vaxt unutmamalıdır: “Bu, bizim tarixi, dədə-baba
torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun
üçün XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrə
baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün
deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər
Azərbaycan adlarını daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və
biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu,
bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq,
çalışacağıq”.
İlham Əliyev bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur.
Azərbaycan Prezidenti vurğulayıb ki, keçən il həmsədr ölkələrin
dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə
Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin
həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında
saxlanmasını davam etdirib.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!