“Mehriban Əliyeva İtaliyada ən çox tanınan azərbaycanlıdır”
Bizi izləyin

Nida.az

“Mehriban Əliyeva İtaliyada ən çox tanınan azərbaycanlıdır”

İtaliyanın “Gazoweb” agentliyinin rəhbəri Fabrizio Napoli Diaspor Jurnalistləri Birliyi (DJB) “Azərbaycanın xaricdəki əcnəbi dostları” layihəsi çərçivəsində müsahibə verib. F. Napoli Azərbaycanı çox sevdiyini və ölkəmizin dünyada təbliğini aparmaq arzusunda olduğunu bildirib.


Publika.az həmin müsahibəni təqdim edir.


- Azərbaycanın hansı əsas xüsusiyyəti sizə bu torpağı sevdirir?


- Məni heyrətləndirən o qədər də böyük olmayan bu ərazidə olan məftunedici landşaft dəyişkənliyi və tarixi abidələr oldu. Gündəmdə olan iqtisadiyyat və ictimai inkişafın çiçəklənməsi ilə qarışıq bu gözqamaşdıran təbii və mədəni irs mənim kimi Avropa adamını belə məftun edir. Görünür, Azərbaycanın bugünkü həyat tərzi, Asiya dinamikası ilə maraqlı qarışığı, mədəniyyətinin özünəməxsus şəkildə qorunub saxlaması əksər Aralıq dənizi ölkələrinin etdiyi tərzdədir. Məncə, bu xüsusiyyətlər, hətta qısa bir vaxt ərzində hər hansı bir ziyarətçiyə unikal və intensiv səyahət təcrübəsi əldə etmə imkanı yaradır.


- Nə vaxtsa bura gəlib reportaj etmək fikrində olmusuz?


- Əlbəttə. Jurnalist kimi olmasa da, yorulmaz bir səyahətçi olaraq mən özümün xaricdəki təcrübələrim barəsində tez-tez yazıram və Azərbaycan növbəti dayanacağımdır. Öz şəxsi gündəliyimdə daha çox bu ölkənin torpağının və gözəlliyinin beynəlxalq tutumunu görmək istərdim. Mən belə düşünürəm ki, Azərbaycan özünü beynəlxalq ictimaiyyətə açmaq üçün daha effektiv addımlar atacaq. Amma onu deməliyəm ki, internetdə Azərbaycan haqqında məlumat əldə etmək üçün resurslar lazım olduğundan çox azdır.


- Nə vaxtsa İtaliya mediasına məqalə təqdim etmək istəmisiniz?


- 2013-cü il mən səyahətçi bloqlarına və böyük jurnallara Livan səyahəti barəsində xəbər vermişəm. Lakin çox azı maraq göstərildi, əsasən çap etməkdən imtina etdilər. Ümumiyyətlə, İtaliyanın beynəlxalq əhatə mədəniyyəti çox kasıbdır və yaxın gələcəkdə bunun yaxşıya doğru dəyişməsi məni təəccübləndirər. Lakin gənc nəsillər ənənəvi mediadan yan keçərək onlayn platformalarda və şəbəkələrdə digər mədəniyyətləri daha tez araşdırma aparıb tapırlar.


- Azərbaycanda məşhurlardan kimi tanıyırsınız?


- Azərbaycandan İtaliyada ən çox birinci xanımı Mehriban Əliyeva tanınır.
İtaliyada mədəni abidələrin qorunub saxlanılması və digər başqa təhsil proqramları ilə əlaqədar layihələrdə mənim şəxsən onun özü ilə görüşmək şansım olub. Qaldı ki Azərbaycanın mədəni irsinə, mən hələ də düşünürəm ki, Mehriban Əliyevanın cəhdləri, onun geniş əhatəli missiyası bəhrəsini verəcək.


- Bizim ölkə ilə əlaqəli hər hansı bir layihə həyata keçirmək niyyətiniz var?


- Daha əvvəl qeyd etdiyim kimi, Azərbaycanı bütövlükdə tanımaq üçün ilk öncə oranı ziyarət etməliyəm. Düşünürəm ki, İtaliyanın Azərbaycanın xarici siyasəti və bir çox mədəni proqramlarına olan marağı bəzi hallarda kifayət qədər mənbə əldə edə bilmir. Rəsmi və düzgün tərtib olunmuş internet məlumatları ölkənin daha dolğun təsəvvürünü yaradacaq və səyahət imkanlarına təkan verəcək. Biz bir-birimizi həmişə yaxşı başa düşmüşük, bunun davam etməməsi üçün bir səbəb yoxdur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm