Nida.az
Prezident İlham Əliyev Astarada səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 11-də Astaranın dənizkənarı park-bulvar kompleksində
yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, son illərdə ölkədə həyata keçirilən
sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da
gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi
ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq
işləri çərçivəsində yeni park və xiyabanların salınmasına, mövcud
olanların isə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu
sahədə görülən işlər sırasında Astarada dənizkənarı park-bulvar
kompleksinin salınması mühüm əhəmiyyət kəsb edir.
Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət
kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb,
parkın ərazisi tamamilə yenidən qurulub. Prezident İlham Əliyevin
park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı
tapşırıqlarına əsasən yaradılan bu dənizkənarı park-bulvar
kompleksi ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək
səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində
qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı
Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını
bir daha sübut edir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, park-bulvar
kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir
kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına
2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma
işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar,
çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi,
süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes
meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq
əyləncə attraksionları da qoyulub.
Prezident İlham Əliyev park-bulvar kompleksində görülən işlərdən məmnunluğunu bildirdi, tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında
iştirak edib.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi
üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb
və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat
ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər
Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7
milyon manatı bu yolun inşasına yönəldilib.
Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.
***
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan
şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd
təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi
əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma
şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay
sahəsi mövcuddur. Əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi
şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə
sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli
şəraitə uyğunlaşdırılıb.
Burada, həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay
fabriki inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən
gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. İstismara
verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay
bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün
istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən
başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara
və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol
və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və
qorunması baxımından nadir bitkilərdən sayılır. Çay bitkisi hər
yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda
yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir.
Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir.
Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul
dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə
dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan
durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki
şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki
çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə
malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk
növbədə Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən
dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya
zalı və turistlər üçün çay evi də tikilib.
Diqqətə çatdırıldı ki, müəssisənin Lənkəran rayonu ərazisində 60
hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın
məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar
sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə
şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik
bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata
keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı,
İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik
sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51
sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini
üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.
Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton
olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib
və 10,5 ton çəltik tutumu olan 3 ədəd qurutma aqreqatı
quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15
hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektar portağal və 3
hektar naringi tingi əkilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 11-də Astara rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət
edib, önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident
İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan
şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verib.
(AZƏRTAC)
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO