• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baş konsul Dubay Polisinin yeni baş komandanı ilə görüşüb

  • Nida.az
  • 20 Fevral 2014 17:45
  • 921 Baxış
Baş konsul  Dubay Polisinin yeni baş komandanı ilə görüşüb

Azərbaycan Respublikasının BƏƏ-nin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay Polisinin yeni Baş komandanı ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xuidmətindən Publika.Az-a verilən xəbərə görə, cari ilin 16 fevral tarixində Pərviz İsmayılzadə Dubay Polisinin yeni Baş komandanı general Xəmis Əl-Muzeyna ilə görüşüb.

Görüşdə Baş konsul general Xəmis Əl-Muzeynanı təyinatı ilə bağlı təbrik etmiş və Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov tərəfindən ona ünvanlanmış məktubu təqdim edib. Xəmis Əl-Muzeyna ölkəmizə rəsmi səfərə dəvət olunub.

Xəmis Əl-Muzeyna dəvəti böyük məmnuniyyətlə qəbul etmiş və minnətdarlığını ifadə edib.Görüş zamanı dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.Həmçinin görüşdə Dubayda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR