Həmid Kərzai Azərbaycana gələcək
Bizi izləyin

Nida.az

Həmid Kərzai Azərbaycana gələcək

Əfqanıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Həmid Kərzai aprelin sonunda Azərbaycana gələcək.

Diasporla iş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın bərpa olunması mövzusuna həsr olunan Forumun ilk günündə Həmid Kərzainin çıxışı planlaşdırılır.

Qeyd edək ki, Həmid Kərzai Taliban rejimindən sonra Əfqanıstanın ilk prezidenti olub. İki dönəm prezident seçilən H.Kərzai 2014-cü ilədək ölkəsinə rəhbərlik edib. Xatırladaq ki, aprelin 28-30-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda 40-dan çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir.

Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm