Bayram Səfərov: “Xristian dünyası müsəlmanlara qarşı birləşib”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Xristian dünyası müsəlmanlara qarşı birləşib”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov aprelin 12-də Roma papası Fransiskin Vatikanda 1915-ci il hadisələri ilə bağlı keçirilən ayində “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirib.

İcma rəhbəri Publika.az-a açıqlamasında deyib ki, Roma papası böyük din xadimidir və buna görə də o, hamını sülhə səsləməlidir: “Roma Papası ədalətli, sülhsevər olmalıdır. Onun bu cür çıxış etməsi yolverilməzdir. Bu bir daha dünyada xristian həmrəyliyinin nümayiş olunduğunu göstərir. Müsəlmanlara qarşı “Xaç yürüşü” davam edir. Onlar “Xaç yürüşü”nü yada salıblar. Dünyada olan xristianlar bir-birinə dayaq olur, birləşir və bu cür addımlar atılır. Hamı görür ki, xristian dünyası müsəlmanlara qarşı birləşib. Müsəlmanlar da bir-birinin qədrini bilməli, birləşməli, bir-birinə kömək olmalıdır”.

B.Səfərov onu qeyd edib ki, Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməyə çox az vaxt qalıb: “İnşallah, şuşalı olaraq Qarabağa ilk gedən adamlardan biri də mən olacam və buna görə özümü çox xoşbəxt hesab edirəm. Şuşaya qayıtmaq ən böyük arzumdur”.

Xatırladaq ki, ötən gün Roma Papası Fransisk Vatikanda 1915-ci il hadisələri ilə bağlı keçirilən ayində “erməni soyqırımı” ifadəsini işlədib. Bu hadisə Türkiyənin sərt reaksiyasına səbəb olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm