Nida.az
"Ukraynadakı vətəndaşlarımızın təhlükəsizliyi məsələsi nəzarət altındadır" - RƏY
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır, Kiyevdəki səfirliklə mütəmadi əlaqədədir. Bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi hazırda ştat rejimində işləyir, diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinə təhdid yoxdur.E.Abdullayevin sözlərinə görə, Kiyevin mərkəzində toqquşmalar zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb.
Səfirlik daha əvvəl ölkə vətəndaşlarını Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərdən uzaq durmağa çağırmışdı.Səfrilik Kiyevdə olan və ya Ukrayna paytaxtına gəlmək istəyən Azərbaycan vətəndaşlarına bu şəhərdə aktiv etiraz aksiyalarının keçirildiyi ərazilərə və insanların kütləvi toplaşdığı yerlərə getməməyi təkidlə tövsiyə edir və onları diqqətli olmağa çağırır.
Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 35 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO