Azərbaycanın İtaliyadakı səfiri Bakıdadır – ÖZƏL
Bizi izləyin

Nida.az

Azərbaycanın İtaliyadakı səfiri Bakıdadır – ÖZƏL

Azərbaycanın İtaliyadakı səfiri, xarici işlər nazirinin sabiq müavini Vaqif Sadıqov Bakıdadır.

Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, hazırda səfir Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmə keçirir.

Mənbə bildirib ki, səfirin aprelin 16-da Romaya qayıtması gözlənilir.

Azərbaycanın İtaliyadakı səfirliyindən də Publika.az-a verilən məlumat təsdiqlənib. Ancaq səfirin Bakıya qayıtmasının nə ilə əlaqəli olduğu barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, aprelin 12-də Roma papasının Vatikanda 1915-ci il hadisələri ilə bağlı keçirilən ayində “erməni soyqırımı” ifadəsini işlətməsi Türkiyənin sərt reaksiyasına səbəb olub. Ötən gün Vatikanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacın isə ölkəsinə çağırılıb.

Qeyd edək ki, Vaqif Sadıqov Azərbaycanın İtaliyada səfiri ilə yanaşı, Malta və San-Marinoda da diplomatik missiyanı həyata keçirir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm