Hasan Oktay: “Putin bu yalana son qoymasa, Qərb onu bitirəcək”
Bizi izləyin

Nida.az

Hasan Oktay: “Putin bu yalana son qoymasa, Qərb onu bitirəcək”

“Vatikandakı ayində Papaya təbliğat xarakteri daşıyan bu kəlməni dedirtdilər”.


Bunu Publika.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KafkasSAM) rəhbəri Hasan Oktay Roma Papası Fransiskin qondarma “erməni soyqırımı” haqda soyqırımı ifadəsini dilə gətirməsinə münasibət bildirərkən deyib.


H. Oktay hesab edir ki, Papa bir neçə ay öncə Türkiyə səfərində istədiyi nəticəni əldə etməmişdi: “Türkiyəyə gələn Papa Ukrayna məsələsində Türkiyədən yardım istəmişdi. Lakin Türkiyə Ukrayna problemində daha çox Rusiyaya yaxın siyasət yürütdü. Məqsəd Krım tatarlarının bu müharibədən zərər görməsinin qarşısını almaq idi. Qismən də olsa Türkiyənin bu siyasəti faydalı oldu. Lakin Qərb dünyası Türkiyəni bu siyasətinə görə cəzalandırmaq üçün Papaya bu sözü dedirtdilər”.


Politoloq qeyd edib ki, Papa Fransisk onsuz da İstanbulda yunan kilsəsini ziyarət etdi və Ermənistanla sərhədlərin açılmasını istədi: “Bu, Ermənistanı Rusiyanın əlindən qurtarmaq, Putini xristian aləmində təkləmək məqsədi güdürdü. İndi də Ermənistanı daha çox yanına çəkmək, Putini təkləmək üçün Vatikan belə bir açıqlama verdi. Hesab edirəm ki, bu kəlmə Ermənistanı Rusiyadan qoparmaq üçün deyilib”.


H. Oktayın fikrincə, hazırda əsas iş Putinin üzərinə düşür.


“Rusiya prezidenti aprelin 24-də İrəvana gedərək, orda Ermənistana və Papaya başa düşəcəkləri dildə cavab verməli, yüzillik yalan təbliğatını ifşa etməlidir. Əgər Putin bu yalana son qoymasa, o zaman Qərb dünyası onu bitirəcək”, - deyə o vurğulayıb.


Türkiyəli analitik Bakı və Ankaranın tutacaqları yolu da şərh edib: “Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası bu günlərdə əvvəlkindən daha sıx bir-birinə bağlanmalı, aralarındakı kiçik problemləri həll etməlidirlər. Əks təqdirdə, Qərblə Rusiya arasında sıxışıb yoxolma təhlükəsi ilə üz-üzə qala bilərlər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm