• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BAXCP: “Papanın cavabı vaxtında verilsəydi, o, ahıl vaxtında yenidən xərifləməzdi”

  • Nida.az
  • 13 Aprel 2015 16:34
  • 330 Baxış
BAXCP: “Papanın cavabı vaxtında verilsəydi, o, ahıl vaxtında yenidən xərifləməzdi”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.


Partiyadan Publika.az-a verilən məlumata görə, ictimai-siyasi məsələlərin müzakirəsi zamanı BAXCP İdarə Heyəti əsas məsələ kimi Roma Papası I Fransiskin uydurma “erməni soyqırımı” ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı olub.

Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı kimi dəyərləndirməsi BAXCP İdarə Heyətinin kəskin etirazına səbəb olub.

Müzakirələrin nəticəsi olaraq qəbul edilən bəyanatda Roma Papasının fikirləri islamafobiyanın doğurduğu nəticələrdən biri kimi qiymətləndirilib.
Bəyanatda Fransiskin ən güclü erməni diasporunun olduğu bir ölkədə - Argentinada doğulduğu, uzun illər burada yaşadığı və fəaliyyət göstərdiyi xatırladılır: “Argentina ictimai-siyasi və din xadimlərinin erməni diasporu tərəfindən daha çox satın alındığı ölkələrdən biri və bəlkə də, birincisidir”.


BAXCP İdarə Heyətinin qənaətinə görə, Fransiskin fikirlərində bölücülüyə, qarşıdurmaya rəvac verə biləcək mülahizələrin yer alması dini-ekstremist dairələrin fəaliyyətindən heç də az təhlükəli deyil: “İŞİD, Əş-Şəbab, Əl-Qaidə, Boko Haram və digər ekstremist və cinayətkar qrupların fəaliyyəti dünyada islamın nüfuzunun artmasına, sivilizasiyalar və dinlərarası dialoqa nə qədər “xidmət” edirsə, Roma Papasının çıxışı da xristianlığa, dini konfessiyalar arası münasibətlərin, humanizm prinsiplərinin qorunmasına bir o qədər və bəlkə də, daha artıq “xidmət” edir”.


BAXCP İdarə Heyətinin bəyanatında Gürcüstanın Katalikos-Patriarxı II İliyanın erməni icmasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərə də diqqət çəkilir: “Gürcüstan Patriarxı erməni icmasının nümayəndələri ilə təması zamanı Roma Papası ilə görüşündən danışıb və I Fransiskin dediklərindən belə bir iqtibas gətirib: “Gürcüstan və Ermənistan islam dünyasının içərisində bir vadidir və onlar bir-birlərini müdafiə etməlidirlər”.


BAXCP İdarə Heyəti hesab edir ki, Roma Papasının Gürcüstan Patriarxı tərəfindən ictimailəşdirilən bu fikirləri I Fransiskin nə qədər “Allah adamı” olduğunu sübuta yetirir: “Əgər I Fransiskin cavabı vaxtında verilsəydi, indi o, ahıl vaxtında növbəti dəfə xərifləməzdi”.


BAXCP İdarə Heyəti bəyan edir ki, Roma Papasının Xocalıda və işğal altında olan digər Azərbaycan ərazilərində azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş hərbi cinayətkarların qarşısında qondarma “erməni soyqırımı”ndan tarixdə baş vermiş bir hadisə kimi söz açması, işğala, terrora, bəşəriyyət əleyhinə cinayətlərə haqq qazandırılması anlamına gəlir.


“Bu bütün dünyəvi dinlərin, o cümlədən xristianlığın təbliğ etdiyi humanizm prinsipləri ilə ziddiyyət təşkil edir, yalanın, zorakılığın, terrorun, işğalın doğura biləcəyi yeni-yeni fəlakətlərə, qarşıdurmalara yol açır”, - deyə bəyanatda qeyd olunur.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR