• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yusif Bağırzadə: “Dialoqa qarşı çıxanlar intiqam hissini mübarizə alətinə çeviriblər”

  • Nida.az
  • 13 Aprel 2015 18:19
  • 489 Baxış
Yusif Bağırzadə: “Dialoqa qarşı çıxanlar intiqam hissini mübarizə alətinə çeviriblər”

“Bu cür iddiaları revanşist, qisasçı, intiqam hissi ilə yaşayanlar irəli sürürlər”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə “Azadlıq” qəzetində iqtidar-müxalifət dialoqunda iştirak edən partiyaları ittiham etməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, dialoq milli və dövlət maraqlarına uyğun olan prosesdir: “Bu dialoqda iştirak edənlərin mandat arzusunda olduqlarını iddia etmək absurd və qərəzli yanaşmadır. AMİP dialoq istəyində olan ilk partiyalardandır. Hətta qeyri-şərtsiz dialoqun aparılmasını da istəmişik. Əsas məqsəd Azərbaycanda hər şeyin dialoqla həll olunması təcrübəsinin yaranmasıdır. Xüsusilə parlament seçkiləri öncəsi seçki mühitinin yaxşılaşdırılması üçün bu dialoq vacibdir”.


AMİP sədri qeyd edib ki, bu gün bir yerdə olmayan siyasi müxalifət nə ölkə daxilində, nə də xaricində baş verən hadisələrə təsir etmək iqtidarında deyil: “Əgər vəziyyət belədirsə, deməli, danışıqlara getməliyik. Təbii ki, danışıqların predmeti olmalıdır. Hazırda əsas predmet seçki mühitinin yaxşılaşdırılması və müxalifətin parlamentdə fraksiya olaraq təmsil olunmasına şəraitin yaradılmasıdır.

Bunun əksinə çıxan və absurd iddia səsləndirənlər küçələrə çıxmağı, piketlər, mitinqlər, aksiyalar keçirməyi üstün tutur. Bu yanaşma artıq 2000-ci ilin əvvəllərindən tarixə qovuşdu. Hazırda mitinqlər üçün sosial sifariş yoxdur. Müxalifət mitinqlərlə bu günə kimi heç nəyə nail ola bilməyib. Nəyəsə nail olmaq istəyiriksə, dialoqu dəstəkləməliyik. Bu gün qisas və intiqam hissi ilə yaşamaq, köhnə fikirlə mübarizə aparmaq doğru deyil. Yeni təkliflər, yeni proqramlarla çıxış etməliyik”.


Y. Bağırzadə ittihamlar irəli sürənlərin iqtidar-müxalifət dialoqunu kölgə salmaq istəyində olduğunu diqqətə çatdırıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR