Maayan Yaffi: “ABŞ liderləri Azərbaycanla münasibətləri iflasa aparır”
Bizi izləyin

Nida.az

Maayan Yaffi: “ABŞ liderləri Azərbaycanla münasibətləri iflasa aparır”

ABŞ Administrasiyasının despot, hökmlü liderləri tərəfindən Azərbaycana olan münasibət ikitərəfli münasibətləri iflasa uğradır.


Publika.az xəbər verir ki, bu barədə yəhudi əsilli məşhur amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) “The Hill” nəşrində dərc olunan məqaləsində yazıb.


Müəllif bildirir ki, ABŞ administrasiyası Amerikanın Yaxın Şərqdə üzləşdiyi problemlərin ciddiliyini anlamır: “Avrasiya ərazilərini əhatə etmək strategiyası yoxdur. Bu regionlara qeyri-sabit yanaşma ən yaxşı halda yolverilməzdir, ən pis halda bu ağır daşa çevrilir. Konqresin köməyi ilə administrasiya daha geniş çevrə götürməli və çoxalan problemlərlə məşğul olmaq üçün daha böyük strategiya müəyyənləşdirməlidir. Liviyadan tutmuş Əfqanıstana qədər olan ölkələrdə cərəyan edən proseslər sual doğurur: nə baş verir? Sanki Qərb dəyərlərinə qarşı dünya müharibəsi başlayır. Bu ölkələrdə olan müxtəlif fikirli partiyalar bir çox hallarda bizə olan nifrətlərinə görə birləşirlər. Kifayət qədər səhvlər buraxılıb. Barak Obamanın İraqdan qoşunu təcili çıxarmaq qərarı və hökumətin bacarıqsız rəhbəri Nuri Əl-Malikinin səhvləri bu ölkədə hakimiyyətin vakuumuna gətirib çıxardı. Daha sonra İŞİD təhlükəsi meydana gəldi. “Ərəb baharı”nda administrasiyanın məsuliyyətsizliyi Misirlə münasibətlərin zəifləməsinə gətirib çıxardı. Suriyada baş verənlər də regionda ABŞ-ın nüfuzunu zədələdi. Bu il daha bir çat Yəməndə baş verdi. ABŞ “Əl-Qaidə”nin Ərəbistan yarımadasına və Şimali Afrikaya yayılmasını müşahidə etdi. İraqa, Suriyaya, Yəmən və Livana doğru İranın inadkarcasına irəlilədiyinin şahidi olduq. Ağ Ev İranın xoşlamamasına rəğmən ABŞ-la müttəfiqliyə sadiq olan və terrorla mübarizəyə mühüm töhfə verən Azərbaycanla da münasibətləri uçuruma aparıb. Eyni zamanda, İsraillə də əlaqələrə zərər dəyib”.


M. Yaffi ABŞ-ın Azərbaycanla münasibətlərinin korlanmasında Ağ Ev administrasiyasının despot liderlərini ittiham edib.


“İsraillə münasibətlər Barak Obama ilə Netanyahu arasında xırda şəxsi konfliktlərə görə korlandı. Eyni zamanda, despot və hökmlü olan ABŞ administrasiyasının liderlərinin Azərbaycana qarşı kəskin münasibəti azərbaycanlı liderlərlə olan münasibətləri iflasa aparır. Azərbaycan əksər müsəlman ölkəsi arasında yeganə dövlətdir ki, vətəndaş dəyərlərinə, qadın hüquqlarına böyük qiymət verir və inadcıl şəkildə Qərblə münasibətləri yüksək səviyyədə saxlayır. Hətta Moskva ilə yaxşı münasibətlərə baxmayaraq, Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır. Azərbaycan Administrasiyası dünyəviliyə sadiqdir, Qərb dəyərlərini qəbul edir və proqressiv siyasət yürüdür. Məhz bu faktlar Bakının regionda ABŞ-ın etibarlı dostu olduğunu deməyə əsas verir. Lakin ABŞ eyni münasibəti göstərmir”, - deyə müəllif qeyd edir.


M. Yaffi 11 sentyabr hadisəsini və yaxın tarixdə baş verənləri xatırladaraq yazır ki, tarixi təcrübə ABŞ-ın öz müttəfiqlərini müdafiə etməsini vacib edir: “Bunu tarix bizə öyrədir. Lakin başqaları bu dərsləri öyrənəndə ABŞ getdikcə həqiqətə daha az diqqət yetirir. Konqres bu bataqlıqdan çıxmaq və ardıcıl hərəkət etmək üçün administrasiyaya yardım etməlidir”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm