• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fəzail Ağamalı Roma papasını “topa tutdu”

  • Nida.az
  • 14 Aprel 2015 12:39
  • 307 Baxış
Fəzail Ağamalı Roma papasını “topa tutdu”

“Bu gün Avropa Oyunlarının yaxınlaşdığı dövrdə Azərbaycandan kənarda fəaliyyət göstərən anti-milli qüvvələr və ölkəmizə qarşı olan xarici qüvvələr eyni kooalisiyada birləşiblər”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bu cür təşkilatlar və qüvvələr Azərbaycan əleyhinə müxtəlif kampaniyalar aparırlar, Avropa Oyunlarının boykot edilməsinə çağırışlar edirlər. F.Ağamalı deyib ki, bütün bunlar Azərbaycana xəyanətdir: “Həmin qüvvələrin bu cür əməlləri qətiyyətlə pislənilməlidir. Bu günlərdə Roma papası qondarma erməni soyqırımı ifadəsini dilə gətirib. Bu da türklərə qarşı ədalətsizlikdir. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, minlərlə soydaşımızı qətlə yetirib, onların evlərini və mədəniyyət ocaqlarını dağıdıb, işğal nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın vəziyyətinə düşüb. Nə üçün Roma papası bir dəfə də olsun erməni işğalını dilə gətirmir? Nə üçün bu barədə susur? Hesab edirəm ki, Roma papasının bu mövqeyi tamamilə ədalətsiz və yalandır. Bu cür mövqe həm Ttürkiyə, həm də Azərbaycan cəmiyyəti tərəfindən pislənilir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR