Zahid Oruc: “...Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutmalıyıq”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “...Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutmalıyıq”

“Roma Papasının bu mövqeyi onların qələbəsidir. Hesab edirəm ki, bu, qardaş ölkə Türkiyənin təklənməsinə səbəb ola bilər”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı bu cür düşmənçilik iddiaları onların xeyrinə deyil. Z.Oruc deyib ki, “soyqırımı” iddiaları ilə inkişaf etmək olmaz: “Ermənilərin nefti və qazı yoxdur. Əvəzinə iki silahı var. İlk olaraq, onlar uydururlar ki, xristianlığın beşiyi oradır, digəri isə soyqırımı biznesidir. İllərlə ermənilər bu silahdan öz məqsədləri üçün istifadə ediblər. Hesab edirəm ki, bizim müraciətimiz bir nəticə verməyəcək. Çünki belə hallar dəfələrlə təkrar olunub. Odur ki, daha fərqli addımlar atmalıyıq. Mən demirəm ki, Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutmalıyıq. Ən azı bir adamın 3 çiçək dəstəsini ora qoymasını təşkil etməliyik. Dünyada saxta soyqırımı ilə qələbə qazanmaq mümkün deyil. Ermənilər heç bir transmilli layihədə yoxdur. Katolik kilsəsinin qərarı ermənilərə daha çox zərbədir. Çünki bu fikirlər türkləri daha çox qıcıqlandırıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm