Deputatlar Rəsulzadənin büstünün götürülməsinə etiraz etdilər
Bizi izləyin

Nida.az

Deputatlar Rəsulzadənin büstünün götürülməsinə etiraz etdilər

“24 aprel Çanaqqala zəfər bayramı Azərbaycanda da qeyd edilməlidir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib. Deputat bu məsələ ilə bağlı Azərbaycanın müvafiq rəsmi dövlət qurumlarına çağırış da etdiyini söyləyib: “Amma hələ ki mənim bu təklifimin nəzərə alındığını görmürəm”.

Roma papasının qondarma erməni soyqırımı ifadəsini dilə gətirməsi məsələsinə də toxunan F.Mustafa buna görə də qardaş Türkiyənin yanında olmağın vacibliyini vurğulayıb.

Deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin paytaxtdakı büstünün götürülməsi ilə bağlı nararzılığını da dilə gətirib. O, Məhəmməd Əmin Rəsulzadənin büstünün Bakı Metropoliteninin deposundan götürülməsini məmur özbaşınalığı adlandırıb: “Biz artıq məmurlara demirik ki, Allaha bax, konstitusiyaya, qanunlara əməl elə və sair. İndi biz deyirik ki, heç olmasa, səni ora təyin edən prezidentin sərəncamına bax. Prezident sərəncamında bir bənddə də yazılmayıb ki, Rəsulzadənin büstünü yığışdırın. Son 15-16 ildə ölkənin 9 rayonunda Rəsulzadənin büstü və adı götürülüb. Gəncədə başına torba salınıb, Universitetdən adı götürülüb. Biz tariximizə hörmət etmək istəyiriksə, bu kimi dəyərlərə toxunmamalıyıq. Prezident bir addım atırsa, deməli, onu dəyərləndirir. Mən Rəsulzadənin büstünün götürülməsinə etirazımı bildirirəm və bu kimi addımların datyanmasını tələb edirəm”.

Digər deputat, Ümid partiyasının sədri İqbal Ağazadə sözügedən məsələyə münasibət bildirib: “Bu, utancvericidir və ölkə başçısının müvafiq sərəncamı ilə ziddiyət təşkil edir. Bu biabırçılığın qarşısı alınmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm