Nida.az
Prezident İlham Əliyev Serbiya baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Serbiyanın Baş naziri ilə Münhendəki
görüşünü və tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı
apardıqları səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident
İlham Əliyev Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin
başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu
olacağına əminliyini ifadə etdi.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə
əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə
maraqlı olduğunu dedi.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif
layihələrin uğurla həyata keçirildiyi bildirildi. Ölkələrimiz
arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı
anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə
verdiyi qeyd olundu.
Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o
cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları,
mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı
məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq
normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll
olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü
vurğulandı.(AZƏRTAC)
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı