Nida.az
İlham Əliyev Tatarıstan prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Tatarıstana səfərini və Kazan şəhərinin onda
böyük təəssürat yaratdığını məmnunluqla xatırladığını dedi.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri
arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu
vurğulayan Prezident İlham Əliyev Tatarıstan Respublikasının
Prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə
səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından
önəmini qeyd etdi. Dövlətimizin başçısı əməkdaşlığımızın müxtəlif
istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə
layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu dedi.
Prezident Rüstəm Minnixanov Azərbaycana səfərindən ötən dövr
ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin, xüsusilə Bakı
şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində
aparılan işlərin onda və nümayəndə heyətində dərin təəssürat
yaratdığını dedi. O, əldə olunan yüksək nailiyyətlər münasibətilə
dövlətimizin başçısını təbrik etdi. Böyük nümayəndə heyəti ilə
ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan Prezidenti nümayəndə
heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli
görüşlər keçirdiklərini vurğuladı. Rüstəm Minnixanov Azərbaycanda
yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin
ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan
yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini
dedi.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma,
neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AZƏRTAC
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?