Nida.az
Əli Həsənov israilli jurnalistlərlə görüşüb - FOTOLAR
Aprelin 14-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov israilli jurnalistlərə
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm
hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə
qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat
verib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki,
Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq
mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm
dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV
ilə əlaqələr yaradılır.
Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki
Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında
böyük rol oynadığını söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh,
dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət
hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox
az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai,
mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir.
Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və
tolerantlıq mühiti dərin köklər atıb.
Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV
nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi
olacaqlar.
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə iştirak edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması
üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi
qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim
edib.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər