Aydın Mirzəzadə: “Xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər”
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “Xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər”

“Onların hamısı qrantlar, qeyri-şəffaf mailiyyə gəlirləri sayəsində Azərbaycana qarşı, ölkəmizin milli dövlətçilik maraqlarına qarşı çıxış edən adamlardırlar”.

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ-ın bir qrup keçmiş məmurunun və diaspor üzvünün ABŞ dövlət katibi Con Kerriyə müraciətinə cavab olaraq deyib.

Müraciətin məzmununun heç bir normal çərçivəyə sığmadığını deyən Aydın Mirzəzadə qeyd edib ki, ümumiyyətlə, sözügedən müraciətin, məktubun məzmunu çox əcaibdir: “Sanki Azərbaycan ABŞ-ın 52-ci ştatıdır və sanki həmin müraciəti ünvanlayanlar Amerikanın mərkəzi orqanlarına “Azərbaycan ştatında” vəziyyəti normallaşdırmağa yönəlik çağırışlar edirlər. Bu insanlar unudurlar ki, Azərbaycan müstəqil bir dövlətdir. Çünki Azərbaycanın qanunlarını əks etdirən Konstitusiya mövcuddur və ölkəmizdə Azərbaycan vətəndaşlarının iradəsi əsas götürülür. Hər hansı bir ölkənin rəsmi şəxsinə müraciət etməklə, digər ölkənin problemlərini həll etmək olmaz”.

YAP rəsmisi sözügedən müraciətdə adları hallanan insanlara sual ünvanlayıb: “Anlamıram, doğrudanmı onlar Azərbaycana məhz bu cür əcaib demokratiya gətirmək istəyirlər?! Nə zamandan bir ölkənin daxili işləri başqa ölkənin Dövlət Departamenti tərəfindən idarə olunur?! Maraqlıdır ki, onlar həmin əcaib müraciətlərində ABŞ qoşunlarının Azərbaycana yürüdülməsi tələbini niyə irəli sürməyiblər?!” Millət vəkili həmin tərəflərin Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiklərini istisna etməyib: “İnanın ki, onlar bunu da etməyə hazırdırlar! Onlar çox istərdilər ki, ölkəmizdəki vəziyyət Suriyadakı, Yəməndəki, İraqdakı vəziyyət kimi olsun və onlar onu da çox istərdilər ki, Azərbaycanın taleyi Bakıda deyil, digər Qərb ölkələrində həll olunsun”.

Aydın Mirzəzadənin fikrincə, bu gün kimsəyə sirr deyil ki, xaricdə anti-Azərbaycan mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzlər ölkəmizdə gedən güclü inkişafı qəbul etmək istəmirlər: “Həmin mərkəzlər və oradakı adamlar Azərbaycanda baş verən qlobal inkişaf proseslərini həzm edə bilmirlər, ölkədə əldə edilən uğurları qəbul edə bilmirlər. Azərbaycanın daxili uğurlarının beynəlxalq çərçivəyə çıxmasından çox böyük narahatlıqlar keçirirlər. Çünki onlar həm də Azərbaycanda xüsusi marağı olan insanlardırlar. Bu baxımdan, beynəlxalq təşkilatlarla, Azərbaycana qarşı çıxan şəxslərlə əməkdaşlıq edənləri milli-dövlətçilik maraqlaı qətiyyən maraqlandırmır”. YAP rəsmisi Con Kerriyə ünvanlanan müraciətin onun tərəfindən ciddi qəbul edilməyəcəyi qənaətində olduğunu da deyib:

“Hesab edirəm ki, Con Kerri Azərbaycanı yaxşı tanıyan bir təcrübəli siyasətçi kimi, ona ünvanlanan müraciətin onun səlahiyyətində olmadığını yaxşı dərk edir və hesab edirəm ki, bu tipli əcaib müraciətlər Amerikanın özündə də çox böyük gülüş doğurur”. Xatırladaq ki, ABŞ dövlət katibinin demokraiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramerin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedmin, “Freedom House” təşkilatının direktoru Mark Laqonun, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasotanın, AZAD təşkilatından Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun, Ramiz Yunusun və başqalarının ABŞ-ın Dövlət Katibi Con Kerriyə ünvanladıqları müraciətlərində Azərbaycanın dövlət rəsmilərinə qarşı sanksiya tələbləri irəli sürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm