Qənirə Paşayeva Türk dünyasını Roma Papasına etiraz etməyə çağırıb - FOTOLAR
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Türk dünyasını Roma Papasına etiraz etməyə çağırıb - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Roma Papasının qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasına dünyanın hər yerində yaşayan türklər ciddi etiraz səsini ucaltmalıdırlar” deyib.

Türkiyənin Adıyaman, Sivas və Nevşəhər vilayətlərində sözdə,qondarma erməni soyqırımı, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Roma Papası Fransiskinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan açıqlamalarından dünyanın hər yerində yaşayan türk insanının narahat olması gərəkdiyini bildirib və bu ədalətsizliyə hamımız etiraz səsimizi yüksəltməliyik deyib.

Qeyd edək ki, Roma Papası I Fransisk aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında qondarma erməni soyqırımı haqqında bəyanatla çıxış edib. 1915-ci il olaylarını XX əsrin ilk soyqırımı adlandıran papa baş verənlərdən təəssüfünü dilə gətirib. Bu arada Roma papasının aprelin 24-də İrəvanda keçiriləcək anım mərasimə qatılacağı da məlum olub.

Papanın qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər və xüsusilə də onun İrəvana səfəri bütün türk dünyasında, xüsusilə də Türkiyə və Azərbaycanda ciddi narazılığa səbəb olub. Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər tam əksinə ermənilər həm Anadoluda həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəllində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər.

Roma Papasının yalanları dəstəkləməsi amma gerçəkləri görmək istəməməsi böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olur deyən millət vəkili Qənirə Paşayeva nədən Papa bu günə qədər müasir dünyanın gözü qarşısında baş verən Xocalı Soyqırımı ilə bağlı bir dəfə də açıqlama vermədiyi halda 20-ci əsrin əvvəllərində olmayan bir soyqırıma haqqında danışır və hətta bu yalanların 100-cü ildönümü ilə bağlı Ermənistana səfər etməyi də planlaşdırır.

“Roma Papasının bu açıqlamaları ciddi mətləblərdən xəbər verir” - deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar. Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb. “Xocalı Soyqırımının 23-cü ildönümü tamam oldu. Amma biz Roma Papasının bir cümlə açıqlamasını belə eşitmədik. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər.

Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Papa, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Qondarma erməni soyqırımının 100-cü ili üçün Yeravana gedəcəyik deyir, Türkiyəyə Ermənistanla sərhədləri açın deyə çağırış səsləndirirlər. Atalarının belə görmədiyi hadisələrə gedənlər, bəs niyə her şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Türkiyəyə Ermənistanla sərhədi açın deyə çağırış səsləndirən Papa Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün çağırış səsləndirmir?

Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.

Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq”.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya Türk Ocaqları rəhbərliyi gənc nəsillərin doğru maarifləndirilməsi istiqamətində çalışmalarından dolayı plaket təqdim edilib və o Türk Ocaqları gənclərini maraqlandıran sualları da geniş cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm