Prezident sərəncam verdi
Bizi izləyin

Nida.az

Prezident sərəncam verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

X X X

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Son illərdə Lənkəran şəhərində geniş abadlıq-quruculuq işləri görülmüş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Regional Müalicə Diaqnostika, Əlillərin Reabilitasiya və Uşaq Sağlamlıq Mərkəzləri, turizm obyektləri, Gənclər Mərkəzi istifadəyə verilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və Mərkəzi stadion əsaslı təmir olunmuş, Lənkəran şəhərinin su təchizatı sistemi təkmilləşdirilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 35 mindən çox yeni iş yerləri açılmış, 7 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmış, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, şəhərdaxili yolların 8 kilometrlik hissəsi və yüz iyirmi beş min nəfər əhalinin yaşadığı 54 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 71,5 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm