Nida.az
“Bakı-2015” Brüsseldə təqdim olunub (FOTO)
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki
səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının
təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Brüsselin
“Egmont” sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycan
Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq
Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya
Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin
vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.
Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya
olunan səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə
Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs
olunub və “Bakı-2015”ə həsr olunan film nümayiş etdirilib. Filmdə
Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə
“Bakı-2015” üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf
etidirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat
verilir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə
idman sahəsində əldə etdiyi uğurlardan danışaraq birinci Avropa
Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyət və idmana dövlət
qayğısının nəticəsi olduğunu bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe
Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançılar, o
cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və
çox qısa vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman
bayramının şahidi olacaqlarını söyləyib.
“Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu
müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompazisiyaları
təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda paytaxt Bakı və
Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan foto-sərgi ilə
də tanış olublar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif
nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə “Bakı-2015”in təqdimatına həsr olunan tədbirlər keçirilir. Bu təqdimat mərasimləri birinci Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı baxımından önəmlidir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...