Sultan Əhməd camisinə silahlı basqın - TERROR
Bizi izləyin

Nida.az

Sultan Əhməd camisinə silahlı basqın - TERROR

Almaniyanın Şimali Ren Vestfalya əyalətinin Vitten şəhərində yerləşən məscidə silahlı hücum olub.

Publika.az xəbər verir ki, Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid olan Sultan Əhməd camisi səhər saatlarında naməlum şəxslər tərəfindən yandırılıb. Sonra məscid iriçaplı silahlardan atəşə tutulub.

DİTİB bununla bağlı açıqlamasında son vaxtlar Almaniyada müsəlmanlara qarşı dözümsüzlüyün artdığını, məscidlərə hücumların çoxaldığını bildirib. Hadisə zamanı canlı təlafat olmadığı bildirilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm