Avropalı ekspert: “Avropa Oyunlarına qarşı kampaniya islamofobiya nümunəsidir”
Bizi izləyin

Nida.az

Avropalı ekspert: “Avropa Oyunlarına qarşı kampaniya islamofobiya nümunəsidir”

Brüsseldə son dövrlər Avropada güclənən islamofobiyanı hədəfə alan “Avropa və İslam aləmi: ortaq dəyərlərə doğru” adlı konfrans keçirilib.

Publika.az xəbər verir ki, İslam Konfransı Gənclər Forumunun və BMT-nin Svilizasiyaların Alyansının birgə təşkilatçılığı, Böyük Britanıyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən konfransda İslamofobiyanın müxtəlif təzahürləri haqqında müzakirələr aparılıbdır. Sözügedən müzakirələr zamanı bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları mövzusuna da toxunulub.

“İslamofobiya və media” mövzusu panelində çıxış edən Belçikada İslamofobia qarşı Şuranın vitse-prezidenti Həcib Əl-Həccaci öz təqdimatında bu məsələyə fərqli aspektdən toxunaraq, müsəlman ölkəsi olan Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsini Avropa qitəsində Olimpiya dəyərləri və ruhuna tarixi dəstək olduğunu, AB-nin etməsi lazım olan missiyaya sahib olduğunu bildiribdir.


“Amma son dövrlərdə biz bu kimi müsbət əməkdaşlıq nümunələrini təqdir etmək əvəzinə bəzi Qərb mediaları tərəfindən Bakı Avropa Oyunlarına qarşı yönəldilmiş qaralama kampaniyasının şahidi oluruq. İlk dəfə baş tutacaq Avropa oyunlarının məhz müsəlman ölkəsində keçirildiyini bəzi dairələrin həzm edə bilməməsindən qaynaqlanan bu qara PR əslində İslamofobiya yanaşmasının bir təzahürüdür”, - deyə o bildirib.

BİGŞ-in vitse-prezidenti qeyd edib ki, bu kimi ikili standartlar ilk növbədə Avropada mədəniyyətləarası münasibətlərə, dözümlülüyə qarşı yönəldiyindən, bu kimi kampaniyalarla ilk növbədə avropalılar mübarizə aparmalıdır: “Bütün provokativ cəhdlərə baxmayaraq, Avropa oyunlarının Azərbaycanda keçirilməsi bir daha bu müsəlman ölkənin qədim tarixə, zəngin mədəniyyətə malik olmasını, yüksək tolerantlıq nümunəsinin olmasını Avropaya və bütün dünyaya nümayiş etdirəcəkdir”.

Qeyd edək ki, İKGF təşkilatçılığı ilə keçirilən konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri, Brüsseldə akkreditə olan diplomatik korpus, eləcə də müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm