Azay Quliyev: “Ermənilər böyük təlaş içindədir”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “Ermənilər böyük təlaş içindədir”

ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin əhəmiyyətinə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, Türkiyə hökuməti çox doğru addım ataraq aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Onun sözlərinə görə, bu tədbirin 24 aprel tarixində keçirilməsinin əsas məqsədi ermənilərin həmin tarixdə qondarma soyqırımı iddialarının 100 illiyi ilə bağlı keçirəcəyi tədbirin effektini azaltmaq idi: “Zənnimcə, Türkiyə artıq öz məqsədinə nail olub. Ona görə də bu gün ermənilər böyük təlaş içərisindədir və Türkiyəyə hər tərəfli hücum etmək istəyirlər”.

Roma Papasının qondarma “erməni soyqırımı” ifadəsi işlətməsinə də toxunan A.Quliyev təəssüflə qeyd edib ki, ermənilər uzun müddət apardıqları danışıqların nəticəsində Roma Papasının “erməni soyqırımı” ifadəsi işlətməsinə nail olublar: “Ancaq bu bəyanat qondarmadır və heç bir hüquqi əsasa söykənmir. Təəssüflər olsun ki, Roma Papası uzun illərdən bəri aparılan anti-türk kampaniyasını bu dəfə də davam etdirdi. Bu cür kampaniyalar türklərə qarşı tarixən olub və bu gün də davam edir. Roma Papası dünyada sülh və əmin-amanlığın təmin olunmasına və dinlərarası dialoqun saxlanılmasına dəstək və töhfə vermək əvəzinə, belə bir absurd bəyanatla çıxış edib. Hesab edirəm ki, ermənilərin qondarma soyqırımı iddiaları ilə bağlı müəyyən hesablamaları var ki, bunun da ən pik nöqtəsi Roma Papasının məlum bəyanatı oldu. Ancaq bu cür bəyanatlara heç kəs ciddi yanaşmır və yanaşmamalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm