• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qarabağda müharibə yaxınlaşır: Rusiya qarışmayacaq – “TAM MƏXFİ”

  • Nida.az
  • 15 Aprel 2015 17:27
  • 2 732 Baxış
Qarabağda müharibə yaxınlaşır: Rusiya qarışmayacaq – “TAM MƏXFİ”

“Dağlıq Qarabağ münaqişəsi vaxtaşırı olaraq qızışır və müharibə olacağı təqdirdə Rusiya buna qarışmayacaq”.


Publika.az xəbər verir ki, bu barədə Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perendjiev “Soverşenno sekretno” (Tam Məxfi) nəşrinə açıqlamasında deyib.


Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında münaqişə bu il də kəskinləşmə xətti ilə davam edir: “Azərbaycan tərəfi kəşfiyyat əməliyyatları apararaq daim Ermənistanın zəif tərəflərini tapmağa çalışır. Azərbaycan tərəfi öz ərazilərinin işğal edildiyi faktını daim diqqətə çatdırır. Ermənistan tərəfi isə vaxtaşırı öz gücünü göstərməyə cəhdlər edir və bunu, adətən, atəşkəs rejimini pozmaqla həyata keçirir. Bu isə münaqişənin istənilən vaxtı tammiqyaslı müharibəyə keçə biləcəyi ehtimalını artırır”.


Ekspert Gümrüdəki Rusiya hərbi bazasına diqqət çəkərək 2010-cu ildə rus hərbçilərinin bu ölkədə qalması haqda müqavilənin 49 il uzadıldığını xatırladır.


“Bu gün Rusiya hərbçiləri razılığa əsasən Ermənistanı xarici müdaxilələrdən qorumağa hazırdır. Lakin bu, Dağlıq Qarabağ münaqişəsinə aid deyil. Rusiya Azərbaycan və Ermənistan arasında kifayət qədər elastik siyasət aparır. Əgər iki ölkə arasında müharibə başlayacaqsa, Rusiya Ermənistan tərəfindən açıq çıxış etməyəcək”, - deyə ekspert bildirir.


Bu fikri əsas götürən “Soverşenno sekretno” Rusiyanın hazırkı vəziyyətini şərh edir.


Nəşr yazır ki, MDB ərazisində münaqişəli ərazilər müharibə fazasına keçə bilər. Ukrayna böhranı keçmiş sovet ölkələrində vəziyyətin istənilən vaxt qızışa biləcəyini göstərdi. Rusiya-Ukrayna sərhədində hərbi təhlükə qarşıdakı illərdə də ciddi problem olaraq qalacaq. Həmçinin Abxaziya və Cənubi Osetiyada vəziyyətin gərginləşəcəyi istisna deyil. Ekspertlərin fikrincə, Abxaziya və Cənubi Osetiyanın hərbi yolla yenidən Gürcüstanın tərkibinə qaytarmağı da istisna etmək olmaz. Lakin bu gün Gürcüstanın hərbi potensialı 2008-ci illə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa, ötən ilin noyabr ayında Rusiya və Abxaziya arasında müttəfiqlik və strateji əməkdaşlıq haqda müqavilə imzalandı. Tərəflər xarici müdaxiləyə qarşı birgə hərəkət edəcəklər. Hazırda Cənubi Osetiya və Rusiya arasında eyni tipli müqavilənin üzərində iş aparılır. Rusiya üçün əsas təhlükə sərhədlərdə cəmlənib. Bu, keçmiş Sovet İttifaqı respublikaları üçün də aktualdır.


Nəşr Rusiyanın Ukrayna və Gürcüstanda düşdüyü vəziyyət fonunda Dağlıq Qarabağda müharibəyə qarışmayacağını qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR