• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Makedoniya prezidenti Azərbaycana gələcək

  • Nida.az
  • 15 Aprel 2015 19:48
  • 306 Baxış
Makedoniya prezidenti Azərbaycana gələcək

Millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanovla görüşüb.

Publika.az-ın məlumatına görə, millət vəkili Makedoniya prezidenti Georgi İvanovla görüşdə Xocalı Soyqırımından danışıb.

Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir.

O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Millət vəkili Makedoniya prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətdən də danışıb. Millət vəkili Ermənistanın BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini bildirib.

Makedoniya prezidenti aprelin sonunda Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində önəmli müzakirələr aparılacağını da deyib. O, Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını və Azərbaycan sərmayələrini Makedoniyada da görmək istədiklərini deyib. Millət vəkili Qənirə Paşayevanı Makedoniyanın dostlarından biri adlandıran prezident Georgi İvanov onu Makedoniyaya dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Makedoniyaya bir neçə dəfə səfər etdiyini və hər zaman gözəl münasibətlə qarşılaşdığını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR