Nida.az
XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə münasibət bildirib
Avropa Parlamentində (AP) qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir.
Bunu Avropa Parlamentində qondarma “erməni soyqırımı”ı ilə bağlı
qəbul edilmiş qətnamə ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev bildirib.
H.Hacıyev deyib ki, AP-də Ermənistan və erməni lobbisinin təsiri
altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə
və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin
saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması
cəhdləridir.
Onun sözlərinə görə, insan hüquqlarının “müdafiəçisi” roluna
iddia edən dairələr AP-də erməni daşnakların 1918-ci ilin martında
Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı
qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına,
Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş
Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı
etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində
hələ də cəsarət tapa bilməyiblər.
XİN rəsmisi bildirib ki, hələ 80-ci illərin sonunda AP-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan bu ölkənin Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olub.
AP-nin aprelin 15-də qəbul etdiyi qətnamə Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir: "Tarixi saxtakarlıq əsasında “erməni soyqırımı” iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı".
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO