Nida.az
İlham Əliyev: "Etnik-dini zəmində baş verən münaqişələr acı gerçəklikdir
"Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir".
Publika.az xəbər verir ki, bu fikirlər
Azərbaycan prezidenti İlham Əliyevin “İslam maarifçiliyi və müasir
dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarına ünvanladığı
məktubda qeyd olunub.
Məktubda deyilir ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda islam maarifçiliyi və müasir dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hökumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislərinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini son dərəcə təqdirəlayiq hal hesab edirəm.
"İslamın daxilindəki maarif işığını görənlər onu hamıya
göstərməyi də bacarmalıdırlar. Bu baxımdan, keçirilən konfransın
elmi tərəfi ilə yanaşı, həm də böyük ictimai əhəmiyyəti var.
Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı
ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata
keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq
nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda
keçirilməsi bunu bir daha sübut edir.
Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət
mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din
münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi
müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası
əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini
dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini
verəcəkdir".
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü