Nida.az
Əli Həsənov: “Azərbaycana qarşı qarayaxma kampaniyası heç bir effekt verməyəcək”
“Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana
qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən
jurnalistlərə açıqlamasında deyib.
Ə.Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam,
anti-türk meylləri, ikili standartlar siyasəti hökm sürür. Bütün
bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin
ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq
büruzə verir: “Bu meyllər Azərbaycana və Türkiyəyə münasibətdə
özünü xüsusi göstərir. Düşünürük ki, Azərbaycan cəmiyyəti nəyin baş
verdiyini çox gözəl anlayır. Xalqımız başa düşür ki, ölkəmizlə
bağlı formalaşdırılmağa çalışan rəyin, səsləndirilən fikirlərin heç
bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin
uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz
dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır. Əminəm ki,
belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm
özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət
qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü
qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya
mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz
qarşısındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda heç kim
Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza
bilməz”.
Ə. Həsənov qeyd edib ki, Azərbaycanda bütün
hüquqlar, bütün azadlıqlar təmin olunub: “Bu cür qarayaxma
kampaniyaları heç bir effekt verməyəcək”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK