Şeyx: “Təəssüf ki, dünya Xocalı qətliamını faciə kimi qəbul etmir”
Bizi izləyin

Nida.az

Şeyx: “Təəssüf ki, dünya Xocalı qətliamını faciə kimi qəbul etmir”

“Səsimiz hələ də dünyanın bütün yerlərinə çata bilmir. Təəssüf ki, bu gün dünya Xocalı qətliamını faciə kimi qəbul etmir”.

Publika.az-ın məlumatına görə, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün hələ də ermənilər özlərini yazıq göstərərək, yüz il bundan əvvəl baş vermiş hadisəni dünyaya “soyqırımı” kimi qəbul etdirmək istəyirlər. İnanıram ki, gec-tez Azərbaycanın başına gələn faciələr dünya tərəfindən qəbul ediləcək. Haqq öz yerini tapacaq”, - deyə şeyx bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm