• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyə Şərqə dönəcək, Vaşinqton oyuna qarışacaq, Bakı bunları tələb edəcək – PROQNOZ

  • Nida.az
  • 16 Aprel 2015 15:05
  • 603 Baxış
Türkiyə Şərqə dönəcək, Vaşinqton oyuna qarışacaq, Bakı bunları tələb edəcək –  PROQNOZ

“Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv edə bilər”.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Demokratiya” hərəkatının təsis komitəsinin sədri, politoloq Razi Nurullayev Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqda qətnaməsini şərh edərkən deyib.

R. Nurullayev Avropa parlamentinin qətnaməsini ağlasığmaz adlandırıb: “Məsələ tanımaqla da bitmir. O, üzv ölkələrə soyqırımı tanımağı da tövsiyə edir. Üstəlik, rəsmi Ankaranın da faktı təsdiq etməsini və 1,5 milyon erməni öldürməsini boynuna almasını istəyir. Arxivlərin açılmasını tələb edir. Qətnamədə ciddi qərəzin olduğu şübhəsizdir. Birinci, qərəz ondan ibarətdir ki, Avropa Parlamenti arxivlərin açılmasını tələb edir. Halbuki, Türkiyənin prezidenti Ərdoğan neçə illərdir ki, dünya alimlərini arxivlərində işləməyə dəvət edir və arxivin üzünün hər kəsə açıq olduğunu bəyan edir. İkinci qərəz ondan ibarətdir ki, birbaşa 1,5 milyon erməninin öldürülməsi haqqında hökm verilir. Çünki 100 il bundan öncə baş vermiş hadisədə qurbanları saymaq çox çətindir. Digər tərəfdən, səsləndirilən statistika da fərqlidir. Aprelin 12-də Papa Fransisk də erməni soyqırımı ifadəsini işlətmiş və onu 20-ci əsrin birinci soyqırımı adlandırmışdı. Türkiyə ictimaiyyətinin və Türkiyə rəsmilərinin, o cümlədən prezident Ərdoğanın münasibəti çox kəskin və hətta bir az da şantaj xarakterli olmuşdu. Buna yol vermək olmazdı. Zənnimcə, Türkiyənin Papaya sərt münasibəti Avropa parlamentərilərini sərt bəyanat qəbul etməyə sövq etdi. Papa Fransiskin və prezident Ərdoğanın da qətnamədə adının keçməsi də dediyimizi sübut edir”.

R. Nurullayev bundan sonra baş verəcəklərin də proqnozunu verib.

“Artıq birmənalı demək olar ki, Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi. Bəlkə də, Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsi birdəfəlik qapandı. Çünki Türkiyə “erməni soyqırımı”nı tanımadan bu mümkün ola bilməz. Ola bilsin ki, Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv etsin. Türkiyə Ərdoğan dönəmində üzünü Şərqə döndərməyə başlamışdı. Artıq bu dönüş ən azı 180 dərəcənin üstündə olacaq. Əlavə olaraq, Türkiyə-Rusiya münasibətləri də yeni mərhələyə qədəm qoya bilər. Türkiyə Rusiya ilə strateji müttəfiqlik qura bilər. Çox yəqin ki, bunun fonunda ABŞ-Türkiyə görüşləri intensivləşəcək və ABŞ Avropa Parlamentinin bu səhvinin apardığı qlobal siyasətə təsirini azaltmağa çalışacaq. Bu qətnamənin Avropa-Azərbaycan münasibətlərinə də soyuqluq gətirməsi gözləniləndir. Azərbaycan da haqlı olaraq, Avropa Parlamentindən Xocalı soyqırımını tanımağı tələb edəcəkdir”, - deyə politoloq bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR