Aydın Mirzəzadə: “Avropa Türkiyə ilə Ermənistan arasında seçim edir”
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “Avropa Türkiyə ilə Ermənistan arasında seçim edir”

“24 aprel tarixi yaxınlaşdıqca, erməni millətçilərinin anti-Türkiyə isterikası güclənməkdədir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, arzuladıqları şouya nail ola bilməyən ermənilər müxtəlif bəyanatlarla istəklərini az da olsa kompensasiya etməyə çalışırlar. A.Mirzəzadə deyib ki, əslən Argentinadan olan Roma Papası Fransiskin erməni əsilli dostlarının tövsiyəsi ilə "soyqırım" hərəkatına dəstək verən bəyanat verib və bunu reallıqla bağlamağa çalışıb: “Ancaq o, bu addımı ilə adı "made in Armenia" olan 100 illik bir yalana dəstək vermiş oldu və xristian dininin sülh dini olduğunu məqsədli surətdə unutduğunu gizlədə bilmədi. Dünən isə Avropa Parlamenti uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədi. Düzdür, Avropa Parlamentinin 616 üzvündən cəmi 61 nəfər deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsi heç yerdə vurğulanmadı. Qitə parlamentində qərarın qəbulu üçün kvorum yoxdur, ancaq qərar Avropa adından qəbul edilib”.

A.Mirzəzadə qeyd edib ki, daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 nəfər təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirib: “Avropa Parlamenti Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu. Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildə Türkiyənin adına yazmış oldu.

Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmədi. Avropa Parlamenti "genosidçilər" hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu məqsədli surətdə görmək istəmir. Necə ki, həmin parlamentarilər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsini törətdiyini də israrla görmək istəmir. Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi. Ancaq parlament bunun siyasi nəticələrini, təəssüf ki, nəzərə almaq istəmədi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm