• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Oqtay Əsədova Rusiyanın "Dostluq" ordeni verilib

  • Nida.az
  • 16 Aprel 2015 21:25
  • 405 Baxış
Oqtay Əsədova Rusiyanın "Dostluq" ordeni verilib

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 16-da parlamentin sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib. Tədbirdə təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub.

Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko O.Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni parlamentin sədrinə təqdim edib. V.Matviyenko Milli Məclisin sədrinə xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin sədri MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri V.Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün parlamentin sədri O.Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.

Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR