“Avropa Birliyi adını dəyişib Xristian Birliyi qoysun”
Bizi izləyin

Nida.az

“Avropa Birliyi adını dəyişib Xristian Birliyi qoysun”

Avropa Parlamentində “erməni soyqırımı” ilə bağlı sənəd qəbul etməsinə Azərbaycan siyasi təşkilatlarının da narazılığına səbəb olub.

Bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, bu, beynəlxalq təşkilatların fəaliyyətində ikili standartların hökm sürdüyünün göstərir:

“Bunlar bütün dünyaya göstərdilər ki, əsas istiqamət beynəlxalq hüquq deyil, dini faktordur, dini həmrəylikdir. Artıq demək olar ki, bu Avropa Birliyinin deyil, Xristian Birliyidir. Bunların beynəlxalq dəyərləri necə oldu? Hara getdi Avropa dəyərləri?! Bütün günü “insan hüquqları”ndan danışırdılar. Bundan sonra Türk xalqlarının bu təşkilatla inamı və etimadı olacaqmı? Qətiyyən. 20-ci əsrdə elə Avropa Birliyinin üzv olduğu ölkələrin gözü qarşısında erməni vəhşiləri Azərbaycanda Xocalı kimi soyqırımı törədiblər. Niyə səsiniz çıxmır? Niyə bir dəfə də olsun hansısa bir bəyanat qəbul etməməsiniz. Həmin deputatlar Xocalıda törədilən vəhşiliyi öz gözləri ilə görüblər. Bir daha qeyd edirəm ki, bu təşkilat adını deyişib, xristian birliyi qoysun”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm