Nida.az
Florent Parmentier: “Tehran və Moskvanın ortaq hədəfi İrəvana dəstək, Bakıya...”
“Qərb İranla nüvə razılığını gündəmə gətirən kimi Moskva-Tehran dialoqu yenidən başladı. Elmi ateizmin hökm sürdüyü ölkə ilə teokratiya ölkəsinin bir arada olması paradoks təşkil edir. Lakin onların ortaq siyasi cəhətləri çoxdur”.
Publika.az xəbər verir ki, bu barədə Paris siyasi
tədqiqatlar institutunun eksperti, “Eurasia Prospective” bloqunun
müəllifi Florent Parmentier Fransanın “Atlantico” nəşrinə
açıqlamasında deyib.
Onu sözlərinə görə, İranla Rusiyanın Orta Asiya və Cənubi Qafqazda
oxşar hədəfləri var: “Misal üçün, hər iki ölkə Cənubi Qafqazda
Ermənistanı daha çox dəstəkləyir, nəinki Azərbaycanı. Bu oxşar
cəhətlərdən çıxış edən Rusiya İranın Qərblə anlaşma ərəfəsində
olduğu bir vaxt onunla münasibətləri bərkitməyə çalışır. Suriya
rejiminə dəstək və Yəməndə baş verənlərlə bağlı Moskva Tehranın
mövqeyindən çıxış edir. Bu gün Rusiya İrana “S-300” raketlərinin
satılması haqda danışıqları yeniləyir. Rusiyaya İranın tamamilə
Qərbə yol alıb ondan üz çevirməməsi lazımdır. İrana isə bu silahlar
müdafiə və nüvə proqramlarının təhlükəsizliyi üçün vacibdir. Lakin
bu, İsrailin qəzəbinə tuş gəlir. Çünki Təl-Əviv İranın ona qarşı
hücum etmək niyyətində olduğunu iddia edir. Tehran da indiyə qədər
hədələri ilə belə deməyə əsas verib”.
F. Parmentier qeyd edib ki, İran “S-300”ləri əldə etməklə regionda
öz zəhmini də artırmaq istəyir: “Bu ölkə regional güc olmaqda
israrlıdır. Misal üçün, Cənubi Qafqazda Rusiya ilə ortaq hədəfləri
olsa da, Tehran bu regionda ağalığı əldə etməyi həmişə arzulayıb.
İndi öz arsenalını gücləndirməklə onlar regional güc olmaq
hədəflərinə doğru addımlamaq istəyirlər”.
Asif Nərimanlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO