Nida.az
“Siyavuş Novruzovun prezidentliyinə razıyıq, İsa Qəmbərin yox” - Vidadi İsgəndərli
“Mən “Facebook”da yazım ki, “Azadlıq” qəzeti Milli Şurada sədr olan Cəmil Həsənlinin çıxışını tezis kimi yayır, amma Əli Kərimlinin 15-20 dəqiqəlik çıxışını həm video, həm də yazı formasında tirajlayır. Bundan sonra AXCP-nin zombiləri mənim səhifəmi şikayət etdilər ki, guya mən 50 nəfər dostluq göndərmişəm. Halbuki mən son 7 ayda bircə Dudayevin arvadı Alla Dudayevə bir statusla bağlı dostluq göndərmişəm, o da qəbul edib. Belə müxalifətçilik olmazı axı”.
Bu barədə hüquq müdafiəçisi Vidadi İsgəndərli Publika.Az -a açıqlamasında dünən yazdığı
statusdan sonra “Facebook” profilinin bağlanması ilə bağlı deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, “Azadlıq” qəzeti Əli Kərimli və
AXCP-nin monopoliyasındadır.
“AXCP sədrinin müavini mənə deyib ki, 200 dənə gizli
profilimiz var”
Hüquq müdafiəçisi qeyd edib ki, bunu başa düşüb etiraf
etməlidirlər: “İctimai Palatada nə mənə, nə Mirmahmud ağaya, nə İsa
Qəmbərə imkan vermirdilər danışaq. Ancaq özlərinkini təbliğ
edirlər. Mən həbs olunanda hakimiyyət mediasına istinadən yazdılar
ki, guya sərxoş halda tutulmuşam. Bu gün də məni prokurorluqda
dindirirlər, amma bir cümlə nədir, o qəzet vermir. Mən də sosial
şəbəkədə yazanda, başlayırlar üstümə tökülüşməyə. AXCP sədrinin
müavini mənə deyib ki, 200 dənə gizli profilimiz var. Onlar da
zombi kimi hərəkət edirlər. Artıq 7 dəfədir ki, mənim profilim
dağıdılır. Bilirsiniz, mən heç kəslə düşmənçilik etmirəm, hüquq
müdafiəçisiyəm, mənim üçün müxalifət də, iqtidar da eynidir.
Seçkiyə qədər siyasətlə məşğul oldum, seçki bitdi, artıq hüquqla
məşğul oluram. İstər iqtidar, istər müxalifət, istərsə qardaşım,
xalam oğlu, dayım olsun, fərq etməz, mən həqiqəti deyəcəm.
Həqiqətsə budur: Bu gün Milli Şurada Cəmil Həsənlidən Əli
Kərimlinin təbliğatı üçün istifadə edirlər. Milli Şuranın sədri
Cəmil Həsənlidir. Onun və digər çıxış edən siyasilərin, ziyalıların
çıxışlarının tezis formasında verdikləri halda, Əli Kərimlinin
bütün çıxışını yayırlar”.
“Əli Kərimli ironiya ilə dedi ki, hər yoldan keçənin
telefonuna cavab verməliyəm”
V. İsgəndərli bildirib ki, ötən ilin mart ayında da Əli Kərimli ilə
belə şeylərin üstündə mübahisəsi düşüb.
“Mənim məqalələrimi qəzetdə vermirdilər ki, sən radikal yazırsan.
Bəs, mənim başıma bu qədər hadisə gəlir, həbs olunuram, niyə bir
dəfə xəbər kimi vermirsiniz. Amma bir cəbhəçinin başına yalandan da
olsa nəsə gəlsə, haray çəkirlər ki, ay aman, qoymayın hakimiyyət
cəbhəni dağıtdı. Mən o zaman Əli Kərimliyə zəng etdim. Kobud cavab
verdi. İroniya ilə dedi ki, mənə 9 milyon adam zəng edir, hər
yoldan keçənin telefonuna cavab verməliyəm. Mən də dedim ki, sən
mənim böyük yox, heç kiçiyim də deyilsən. Ondan da bu söhbətlər
düşdü. İndi də nə edirəm “Azadlıq” qəzeti mənə qarşı çıxır. Sonra
Əli Kərimlinin yaxın adamlarından biri mənə dedi ki, Vidadi
İsgəndərli sən başa düş, siyasətlə məşğul olandan artıq bazara
girirsən, onda da sənə hüquq müdafiəçisi kimi deyil, rəqib kimi
baxırlar. Mən də dedim ki, getdim hüquq müdafiəçiliyinə”-deyə hüquq
müdafiəçisi vurğulayıb.
“Elçibəyin ölümündən sonra “Azadlıq” qəzeti Əli
Kərimlinin monopoliyasına keçdi”
Qeyd edib ki, “Azadlıq” qəzetinin 98 faizi AXCP-nin üzvüdür: “Yəni
AXCP-nin qəzetidir də. Amma əgər bu gün həmin qəzetdə mən də bir
müsahibə versəm, Əli Kərimli də, mənim müsahibəmi 50 min oxuyacaq,
Əli Kəriminkini isə 5 min. Mən onlara sübut etmək istəyirəm ki,
desinlər bu qəzet Əli Kərimli və AXCP-nindir. Vaxtilə jurnalist
Xədicə İsmayılla da bunun üstündə mübahisəm düşdü. Mənə dedi ki,
niyə cığallıq edirsən, qəzet onlarındır, özləri bilərlər. Mən də
dedim ki, bunu açıq formada deməlidirlər, onda mən niyə onlarla
birgə mübarizə aparıram. O mübahisədən sonra Xədicə İsmayıl məni
Azadlıq radiosuna dəvət etmədi. Mən istəyirəm ki, açıq formada
desinlər hər kəs bilsin. Halbuki “Azadlıq” qəzeti vaxtilə AXC
adlanan qurumun qanı bahasına ərsəyə gəlib. İndi heç kim onu
monopoliyaya ala bilməz. 1998-ci ildə Əbülfəz Elçibəy “Azadlıq”ı
müstəqil qəzet elan etdi. Amma 2000-ci ildə onun ölümündən sonra
qəzet Əli Kərimlinin monopoliyasına keçdi. Mən bunun söhbətini
edirəm, dava etmirəm. Sübut etmək istəyirəm ki, deməsinlər ki,
müxalifət qəzetidir, desinlər Əli Kərimlinin qəzetidir”.
“Bir cəbhəçinin yanında İsa Qəmbəri tərifləsən,
olacaqsan düşmən”
V. İsgəndərli bildirib ki, siyasətlə məşğul olduğu 8 ay ərzində
siyasətə ermənilərə nifrət etdiyi qədər nifrət edib. Buna səbəbsə
qısqanclıqlar, zombilər, fanatlar, siyasi savadsızlıqlar olub: “Mən
bir dəfə dedim ki, Müsavat mənim döyünən ürəyim, AXCP qanımdır.
Cəbhəçilər dedi ürəyini dəyiş, müsavatçılar dedi qanını. Nə qədər
istədim ki, bu iki partiyanı yola gətirim, alınmadı”.
Hüquq müdafiəçisi maraqlı bir faktı da dilə gətirib: “Həbsxanada
cəbhəçilər və müsavatçılarla bir yerdə idik. Bəlkə də bu dövlət
sirri kimi bir şeydir, amma deyəcəm. Cəbhəçilər dedi ki, Siyavuş
Novruzovun prezident olmasına razıyıq, amma İsa Qəmbərin
prezidentliyinə yox. Belə müxalifətçilik olmazı axı. Bu da Milli
Şurada Cəmil Həsənlidən sui-istifadə edirlər. Vaxtilə AXCP-dən
Cəmil Həsənlini mən qovmamışam, cəbhəçilər qovub. İndi nə oldu ki,
o dahi şəxsiyyət oldu. əgər müxalifət olmaq istəyirlərsə,
Ukraynadan öyrənsinlər. Bizdə başqa cürdür. Əgər sən bir cəbhəçinin
yanında İsa Qəmbəri tərifləsən, olacaqsan düşmən”.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK