“Elçibəy bunu nakişilik sayırdı”- Mütəllibova sərt etiraz
Bizi izləyin

Nida.az

“Elçibəy bunu nakişilik sayırdı”- Mütəllibova sərt etiraz

Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə, yazıqlar olsun.

“Belə savadsız və səviyyəsiz bir müsahibənin bizim keçmiş prezidemtimiə aid olmasına inanmaq istəmirəm. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə, yazıqlar olsun”.

Publika.Az xəbər verir ki, bu barədə mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli “Feysbuk” səhifəsində sabiq prezident Ayaz Mütəllibovun Elçibəyi dissident adlandırmasına münasibət bildirərkən deyib.

A. Səmədbəyli qeyd edib ki, Əbülfəz Elçibəy heç vaxt Xocalı faciəsinə görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı: “Onun tək bir düşməni var idi: Azərbaycanın bütün faciələrinin baiskarı-Rus imperalizmi. Əgər A. Mütəllibov haqq dünyasında olsaydı, jurnalist onun haqqında sual versəydi, ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyasında olan adamın arxasınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər”.

A. Mütəllibovun “Qorbaçov nə Üçlər İttifaqının, nə də faşizmin dağıda bilmədiyi nəhəng bir ölkəni dağıtdı. Bu isə cinayətdən də ağır əməldir” sözlərinə də münasibət bildirən A. Səmədbəyli onu SSR-nin xiffətini çəkməkdə ittiham edib.

“Bu fikrinizdən aydın olur ki, siz SSRİ-nin xiffətini çəkirsiniz. Sizin vecinizə deyil SSRİ dövründə repressiyalara məruz qalan yüz minlərlə soydaşımız. Sizin vecinizə deyil bizdən qoparıb ermənilərə pay edilən torpaqlar. Təki SSRİ olaydı, Ayaz Niyazovun əli rusun ətəyində olaydı, güzgü-daraq da həmişə cibinizdə olaydı”-deyə Elçibəyin kürəkəni bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm