Elçibəyin qardaşı: “Ayaz Mütəllibov da bir gün öləcək”
Bizi izləyin

Nida.az

Elçibəyin qardaşı: “Ayaz Mütəllibov da bir gün öləcək”

Hamı bilir ki, Elçibəy kim olub, bu dünyaya təmiz gəlib, təmiz də gedib. İndi də arxasınca danışırlar. Qoy, nə deyirlər desinlər.


“Ayaz Mütəllibov da bir gün öləcək, dünyanı tutub getməyəcək ki. Onun da arxasınca danışa bilərlər”.
Bu barədə mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Publika.Az –a açıqlamasında A. Mütəllibovun Elçibəy haqqında dediklərinə münasibət bildirərkən deyib.

Vəfat etmiş insanın arxasınca danışmağın düzgün olmadığın deyən A. Əliyev bildirib ki, danışanlar da bir gün gedəcəklər, belə qalmayacaqlar.“Hamı bilir ki, Elçibəy kim olub, bu dünyaya təmiz gəlib, təmiz də gedib. İndi də arxasınca danışırlar. Qoy, nə deyirlər desinlər. Cəhnnəmə danışsınlar, gora danışsınlar. Dünya bilir, aləm bilir ki, məsələ necə olub”-deyə Elçibəyin qardaşı bildirib.

Qeyd edək ki, A. Mütəllibov aznews.az-a müsahibəsində Elçibəyin dissident olmadığını deyib. O, Xocalı soyqırımının baş verməsində AXC-ni və onun rəhbərliyini ittiham edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm