İranda Ana Dili Günü ərəfəsində həbs dalğası - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

İranda Ana Dili Günü ərəfəsində həbs dalğası - YENİLƏNDİ

Əhər şəhərində 100 nəfərə yaxın fəal nəzarət altına alınıb

Azərbaycan veb səhifələrinə istinadən, bu gün İranın təhlükəsizlik məmurları Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə toplaşan 100 nəfərə yaxın güneyli fəalı nəzarət altına alıb.


Bu barədə Türkiyə mediası, o cümlədən Cihan xəbər agentliyi və Zaman qəzeti geniş məlumat yayıb.

Oyan News Abbas Lisani, Ruzbeh Səadəti, Saleh Molla Abbasi, İbrahim Savalan,
Fərəc Nuri, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əkbər Abulzadə, Vəhid Faizpur, Meysəm Azadi, Fərdin Muradpur, Murtaza Səfəri, Həsən Zarii, Aydın Nişatı, Tovhid Rzayi, Milad Əzimi, Behzad Əbdi, Vəhid Nəriman, Nima Abbaspur, Səccad Xəlilnijad, Murtaza Məhəmmədi və Səccad Xoşqədəm kimi fəalların tutulanlar arasında olduğunu qeyd edib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, tutulanlar Əhər şəhərinin 11 və 12 nömrəli Polis Mərkəzlərinə aparılıb. Məmurlar fəalları həbs etdikləri zaman onlara aşırı güc tətbiq ediblər.

Cihan xəbər agentliyinə müsahibədə Türkiyədə yaşayan güneyli siyasi ekspert bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən Həsən Ruhani hökumətinin qeyri- səmimiliyi kimi qiymətləndirib.

14.00

İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində onlarla fəal saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının bəyanatında deyilir.

Məlumatda həbs edilən 60 fəaldan bəzilərinin adları çəkilir.Həmçinin dünən İranda ana dilinin müdafiəsi ilə bağlı dəfələrlə həbs olunan İbrahim Rəşidi və Abbas Lisani də yenidən həbs ediliblər.

Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd edilir. Bu gün ilk dəfə 1999-cu il noyabrın 19-da YUNESKO tərəfindən elan edilib.

İran Prezidenti Həsən Ruhani 2013-cü ilin iyununda seçki kampaniyası zamanı ölkədə milli azlıqların dillərinin tədrisi ilə bağlı bəyanat dərc etdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm