"Xocalı soyqrımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər"
Bizi izləyin

Nida.az

"Xocalı soyqrımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər"

Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər. Trend-in məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə deyib.

B.Səfərov qeyd edib ki, bu gün "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırım kimi tanınır: "Biz heç vaxt Xocalı soyqırımını unutmalı deyilik. Biz bu faciəni gələcək nəslə çatdırmalıyıq. Ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabının verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyulması heç zaman unudula bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər".

B.Səfərov əlavə edib ki, Xocalı faciəsi zamanı hər iki valdeynini itirmiş uşaqların problemləri də diqqət mərkəzindədir: "Hamımız onlara diqqətlə yanaşmalıyıq. Biz də öz növbəmizdə xahişlər etmişik, çalışırıq onların mənzil və digər problemlərini həll edək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm