Əli Həsənov: “Ermənilərdən qisas almaq həvəsi ilə yaşamırıq”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Ermənilərdən qisas almaq həvəsi ilə yaşamırıq”



Fevralın 21-də Bakıda Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib ki, ermənilər Xocalı faciəsindən əvvəl də azərbaycanlıları kütləvi şəkildə öldürüb, xalqımıza qarşı soyqırımları törədiblər: “Amma biz ermənilərdən qisas almaq həvəsi ilə yaşamırıq. Biz ermənilərlə beynəlxalq normalar əsasında qonşuluq münasibətləri yaratmaq əzmindəyik. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların bütün vətəndaş hüquqlarının təmin edilməsinə zəmanət veririk. Biz Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasının, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin bərqərar olunmasının, gələcəkdə Azərbaycanın reallaşdırdığı transmilli layihələrdə ermənilərin də iştirakının tərəfdarıyıq.

Yalnız bir şərt var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, azərbaycanlılara qarşı soyqırımı hadisələrinin törədilməsi etiraf olunsun, Azərbaycan xalqından üzr istənilsin və soydaşlarımızın pozulmuş haqları bərpa olunsun. Yalnız bundan sonra biz əməkdaşlığa, bir dövlət olaraq, həm də dünya birliyinin üzvü kimi potensialımızı bütün Cənubi Qafqaz xalqlarının firavan, xoşbəxt yaşaması istiqamətində yönəltməyə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm