“Rüstəm İbrahimbəyov Putinin nümayəndəsi kimi danışıb” - CAVAB
Bizi izləyin

Nida.az

“Rüstəm İbrahimbəyov Putinin nümayəndəsi kimi danışıb” - CAVAB

Milli Şuranın fəxri sədrinin Ukrayna hadisələrinə verdiyi qiymət utanc vericidir. Rüstəm İbrahimbəyov Putinin ictimai nümayəndəsi kimi danışıb

Milli Şuranın fəxri sədri, Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun Ukrayna hadisələri ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.

Publika.Az xəbər verir ki, Ukraynada yaşayan Azərbaycan Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev R. İbrahimbəyovun fikirlərini utanc verici adlandırıb.“Milli Şuranın fəxri sədrinin Ukrayna hadisələrinə verdiyi qiymət utanc vericidir. Rüstəm İbrahimbəyov Putinin ictimai nümayəndəsi kimi danışıb”-deyə o, R. İbrahimbəyovun fikirlərini tənqid edib.

Qeyd edək ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov teleqraf.com-a açıqlamasında bildirib ki, Ukrayna parçalana bilər: “Ukraynadakı proseslərdə xarici qüvvələrin, o cümlədən, Rusiyanın marağı var. Amma bu maraqlar hansı dərəcədədir və nədən ibarətdir onu deyə bilmərəm. Bu cür mübarizə ilə hakimiyyətə gəlmək müsbət şey deyil. Qan tökməklə hakimiyyətə gələndə, hakimiyyətdə qalan da məsuliyyət daşıyır. İstəməzdim ki, Ukraynada belə hallar yaşansın”-deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm